Hamiləlik əlamətləri nələrdir ?

Hamiləlik əlamətləri nələrdir ?Hamiləlik zamanı, ana bətnində körpənin inkişaf etməyə başlaması ana namizədində fiziki bəzi əlamətlərin inkişaf etməsinə səbəb olur. Hər hamiləlikdə fərqli simptomlar yaşanmaya bilər, ancaq ümumilikdə ortaya çıxan əlamətlər bənzərdir.

Hamiləlik əlamətləri hansılardır?

Bu və ya daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Hamilelik.az xəbər verir ki, ən erkən hamiləlik əlaməti menstruasiya gecikməsidir. Hamiləliyin ilk həftələrində səhər bulantısı, alt qarın nahiyəsində ağrı, həzmsizlik, sinədə şişmə, yorğunluq, bulantı, qusma, kürək ağrısı, qoxu həssaslığında artış, ruh halında dəyişiklik və tez-tez sidiyə çıxma kimi əlamətlər görülə bilir.

Hamiləliyin ilk həftəsi döllənmə və yumurtlama proseduru zamanı tamamlanmadığı üçün uşaq hələ tam yaranmamış olur. Bu müddətdə düzgün qidalanmaq, vitamin qəbulu gərəklidir.

İlk həftə menstruasiya olacağı üçün əlamətlər yaşana bilər. Bu, bəzilərində şiddətli qanaxma kimi ola bilər.

Hamiləlik əlamətləri nə zaman başlayır?

Hamiləliyin əlamətləri bəzi qadınlarda bir və ya iki həftə sonra hiss edilməyə başlanır. Hamiləliyin 1 və 2 həftələri arasında qan damarlarının implantasiya nəticəsində parçalanması ilə birlikdə yüngül qanaxma meydana gələ bilər. Yerləşmə qanaxması adətən menstruasiya gecikməsi ilə birlikdə hamiləliyin ən erkən əlamətlərindən biridir.
Hamiləlik əlamətləri nələrdir ?Hamiləliyin ilk əlamətləri nələrdir?

Adət müddətində yaranan dəyişiklik

Yüngül ləkələnmə (yerləşmə qanaxması)

Süd vəzilərində şişkinlik, həssaslıq

Süd vəzisi ucunun tündləşməsi

Vaginal axıntıda artış

Qarın, bel və qasıq ağrıları

Səhərləri artan bulantı

Daha tez-tez sidiyə getmə

Yorğunluq və yuxululuq halı

Qoxu həssaslığında artış

Ruh halında dəyişikliklər

Hamiləlikdə görülən ləkələnmə nədir?

Hamiləlik yaranmasına nəzarət edən 10-14 gün ərzində menstrual qanaxması ilə qarışdırıla bilən, ancaq hər hamiləlikdə görülməyən yüngül bir qanaxma meydana gəlir.

Hamiləliyin ilk həftəsi nələrə diqqət edilməlidir?

Hamiləliyin ilk həftəsi əslində son adət gününün ilk günüylə başlamaqdadır. Bu müddətdə ilk olaraq qadın xəstəlikləri üzrə mütəxəssisə gedilməlidir. Hamiləlikdə ilk həftə həkim tərəfindən müxtəlif qan analizləri, USM və ginekoloji müayinə ilə keçər. Həkim hamiləlik planında öncə olan bir problem varsa onun müalicəsi yoluna gedər.
Əgər bir qadında qanazlığı varsa buna uyğun müalicə tövsiyə edilir.

Düzgün qidalanma, düzgün həyat tərzi ilə hamiləliyə hazırlıq edilə bilər. Fol turşusu qəbuluna diqqət edilməlidir.

Bundan əlavə:
Hamiləlik əlamətləri nələrdir ?Radiasiyaya məruz qalınmamalı

Yanlış qidalanmamalı

Ağır işlər görülməməli

Həkimin tövsiyə etmədiyi dərmanların istifadəsindən qaçınılmalı

Spirtli içkilərin istifadəsi dayandırılmalıdır.

3 günlük hamiləlikdə görülə biləcək əlamətləri hansılardır?

Vaginadan artan axıntı

Yerləşmə qanaxması olaraq da bilinən ləkələnmə

Tez-tez sidiyə getmə və tualet ehtiyacı

Sinədə ağrı, şişlik, həssaslıq

Ruh halında yaranan dəyişikliklər

Mədə yanması, ağrısı

Hamiləliyin ilk həftəsində baş gicəllənməsi yaşanırmı?

Hamiləliyin ilk həftəsində baş gicəllənməsi əlaməti çox yayğın görülən bir əlamət deyildir, ancaq bəzi şəxslərdə ortaya çıxdığı görülmüşdür. Bunun səbəbi həm vücuddakı hormonal dəyişikliklər həm də artan qan həcmidir. Həftələr irəlilədikcə baş gicəllənməsi şikayətləri daha da arta bilər.

Hamiləlikdə qarşılaşılan qəribə əlamətlər nələrdir?
Hamiləlik əlamətləri nələrdir ?Baş ağrısı

Qəbizlik

Artan iştah

İmmun sisteminin düşməsi

Saçların daha sürətlə uzanması

Mədə yanması

Qoxu həssaslığında artış

Nəfəs darlığı

Burun qanaxması

Aknələrin yaranmasıdır.

Hamiləlik təsdiqləndikdən sonra doğru həyat tərzi planı qurulmalıdır.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 13 yanvar 2025

Oxşar xəbərlər

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik testi nə zaman edilməlidir?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, hamiləlik testi, bir qadının hamilə olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilən üsuldur

Hamiləlikdən qorunma yolları

Əvvəlki zamanlardan bu günə bir çox hamiləlikdən qorunma üsulları istifadə edilir. Zaman keçdikdə yeni üsulların istifadəsinə başlanılıb. xəbər verir ki, bunların arasında olduqca riskli və sağlamlıöa zərərli üsullar da mövcuddur

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir. xəbər verir ki

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

30 həftəlik hamiləlik

30 həftəlik hamilə ana hamiləliyinin böyük qismini geridə buraxmışdır. xəbər verir ki, doğuşa təxminən təxminən olaraq 10 həftəsi qalmışdır. Təxminən doğuşla birlikdə ana qarnında böyüyən uşağın ağırlığı da hamiləliyin so

Menstruasiya gecikməsi

Menstruasiya gecikməsi, 21-35 gün aralığında gerçəkləşən döngənin xaricinə çıxıldığında yaşanır. xəbər verir ki, ən geniş yayılan səbəbləri hamiləlik, stress, hormonal pozğunluqlar, həddindən çox çəki, bəzi sağlamlıq problemləridir