Hamiləlikdə baş ağrısının səbəbləri

Hamiləlikdə baş ağrısının səbəbləriHamiləlikdə baş ağrıları nə üçün yaranır? Bu normal hesab edilməlidir?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Bir çox hamilə qadın baş ağrısından əziyyət çəkir.

Hamilelik.az xəbər verir ki, aparılan araşdırmalara görə, hamilə və doğuşdan sonra qadınların yüzdə 39-u baş ağrısından əziyyət çəkir.

Hamiləlik əsnasında normalda olduğundan fərqli növdə baş ağrınız olsa da, hamiləlik sırasındakı baş ağrılarının çoxu zərərli deyildir. Hamiləliyin ilk üç ayındakı baş ağrısı, ikinci və ya üçüncü üç aydakı baş ağrılarından fərqli səbəblərlə ortaya çıxa bilər. Bəzi vəziyyətlərdə, baş ağrısı hamiləlik sırasında başqa sağlamlıq problemlərinin işarəti ola bilər.
Hamiləlik əsnasında, öncəsində və sonrasında yaşadığınız baş ağrılarınızı həkimlə məsləhətləşməlisiniz.
Hamiləlikdə baş ağrısının səbəbləriHamiləlikdə baş ağrılarının səbəbləri nələrdir?

Hormonal dəyişikliklər: Hamiləlik müddətindəki hormonal dəyişikliklər baş ağrısına səbəb ola bilər. Xüsusilə yüksələn estrogen və progesteron hormonları baş ağrısı şikayətlərini artıra bilər.

Gərilim tipli baş ağrısı: Hamiləlik müddətində stress, gərilim, əzələ gərginliyi arta bilər. Bu vəziyyət gərilim tipli baş ağrılarına zəmin yarada bilər.

Miqren: Miqren, hamiləlik əsnasında da davam edə bilən və ya hamiləliklə birlikdə ortaya çıxa bilən bir baş ağrsı növüdür. Miqren adətən şiddətli baş ağrısı, işığa və ya səsə həssaslıq, bulantı və qusma kimi əlamətlərlə birlikdə görülür.

Sinüzit: Hamiləlikdə artan hormon səviyyələri, sinüslərin şişməsinə və sinüzit inkişafına yol aça bilər. Sinüzit baş ağrısı, üzdə təzyiq hissi, burun tıxanıqlığı, burun axıntısı kimi əlamətlərlə birlikdə ortaya çıxar.

Hamiləlik təzyiqi: Yüksək qan təzyiqi və digər əlamətlərlə birlikdə baş ağrısına səbəb ola bilər. Bu vəziyyət ciddi bir tibbi vəziyyət olub, sağlamlıq mütəxəssisinə müraciət edilməlidir.

Göz problemləri: Hamiləlik zamanında hormonal dəyişikliklər gözlərdə də dəyişikliklərə səbəb ola bilir. Göz yorğunluğu, eynək nömrəsində dəyişiklik və ya göz quruluğu baş ağrısına səbəb ola bilər.

Hamiləliyin ilk üç ayında baş ağrısı nə üçün olur?

Maye itkisi

Bulantı və ya qusma

Stress

Yuxu əksikliyi

Yanlış qidalanma

Kafein əksikliyi

Fiziki fəaliyyətin az olması

İşığa qarşı həssaslıq və s.

Bəzi qidalar da baş ağrısına səbəb ola bilir. Zəmin yaradan qidalar hamiləlik əsnasında dəyişə bilər.

İkinci və üçüncü üç aylıq zamanı yaranan baş ağrısının səbəbləri

Hamiləlikdə baş ağrısının səbəbləriArtıq çəki

Durma pozğunluqları

Az yuxu

Pəhriz

Əzələ gərginliyi

Yüksək təzyiq

Şəkər xəstəliyi

Hamiləliyinizin ikinci və ya üçüncü üç aylıq zamanındakı baş ağrıları, yüksək təzyiqin olduğunun əlaməti ola bilər.

Hamiləlikdə baş ağrısına yaxşı təsir göstərən vasitələr

Bol su içmə

Dincəlmə

Massaj

Buz torbası

Bəzi idman hərkətləri

Nanə, bibəriyyə, çobanyastığı kimi uçucu yağlar.

Hamiləlikdə baş ağrısı nə zaman təhlükəlidir?

Baş ağrısı, bəzi vəziyyətlərdə ciddi sağlamlıq problemllərinin və ya vəziyyətlərin əlaməti ola bilər.
Hətta miqren, beyin qanaxması və ya digər ciddi nevroloji problemlər kimi vəziyyətlərin xəbərçisi ola bilər. Bu səbəbdən 1 günün üzərində baş ağrınız varsa həkimlə məsləhətləşməyiniz tövsiyə edilir.

Hamiləlikdə şiddətli baş ağrısı nə üçün olur?
Hamiləlikdə baş ağrısının səbəbləriHamiləlik müddətində baş ağrılarının səbəbi tam olaraq anlaşılmamış olmaqla birlikdə, dəyişən hormonal vəziyyət və vücudun adaptasiya müddətində yaşanan çətinliklər bu vəziyyətin səbəbləri arasında sayıla bilir.

Yuxusuzluq, yorğunluq, sinüzit, allergiyalar, depressiya, aclıq, yanlış qidalanma da baş ağrılarına zəmin yarada bilər.

Hamiləlikdə təzyiq nə qədər olmalıdır?

Xüsusilə hamiləlik müddətində, təzyiq dəyərləri 90/60 göstərici ola bilər.
Qeyd edək ki, bu hal hamiləlik əsnasında normal qəbul edilir.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 14 yanvar 2025

Oxşar xəbərlər

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Hamiləlikdə fol turşusu

Fol turşusu, bir çox əlavədə və qidada mövcud olan B vitaminidir. xəbər verir ki, fol turşusu vücud tərəfindən yeni hüceyrələr istehsal etmək üçün istifadə edilir. Həyatınız ərzində normal böyümə və inkişaf üçün gərəklidir

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

Hamiləlikdə hansı qidalar olmaz?

Hamiləlikdə qidalanma necə olmalıdır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, bir çox hamilə qadın bu müddətin başlanğıcında qidalanma ilə bağlı məlumata sahib olmurlar. İstifadə edəcəkləri yanlı

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Hamiləlikdə yüksək təzyiq

Yüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir. Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, yüksək qa