Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısıHamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyilsə də, günün hansısa bir qismində ortaya çıxa bilər. Evdə tətbiq olunacaq bir çox müalicə növü vardır.

Hamilelik.az xəbər verir ki, bunlar arasında qidalanma və həyat tərzi dəyişkənlikləri də mövcuddur. Həmçinin bulantılar üçün dərmanlar da mövcuddur.
Əksər insanda 14-cü həftə ilə başlayan ikinci trimesterdə yüngülləşmə və keçməyə meyllilik olur.

Səhər bulantıları nə qədər erkən başlaya bilər?

Hamiləliyin altıncı həftəsi qədər erkən bir müddətdə başlaya bilər, ancaq zamanlanması dəyişkəndir. Bir çox insan doqquzuncu həftədən öncə əlamətləri hiss etməyə başlayır.
Hamiləlikdə mədə bulantısıNə zaman ürək bulantıları artır?

Səhər bulantısı bir çox insan üçün hamiləliyin səkkiz ilə onuncu həftəsində daha çox artar. Ancaq bu zaman dəyişkəndir və hər kəs üçün eyni zamanda olmaya bilər.

Hamiləlikdə mədə bulantısı nə qədər davam edər?

Hamiləliyin on üçüncü həftəsi ətrafında, yəni ilk üç aylığın bitişində vəziyyət daha da yaxşılaşar və keçər. Ancaq bəzi insanlar ikinci üç aylıqda da davam edə bilən əlamətləri görə bilərlər. Nadirən də olsa hamiləliyin sonuna qədər görüldüyü də olur.

Səhər bulantılarının əlamətləri

Səhər bulantılarının ən geniş yayılan işarət və əlamətləri arasında mədə qalxması, bulantı, iştahsızlıq və qusma vardır. Bəzi insanlar əlamətləri başqa problemlərin əlamətləri ilə qarışdıra bilirlər.

Bu problemlər hansılardır?
Hamiləlikdə mədə bulantısıMədə yanması və ya reflüks

Dəniz və ya yol tutması

Boğaza yad cismin batma hissi və s.

Hamiləlik bulantılarının səbəbləri nələrdir?

Səbəbləri tam olaraq biilinmir, ancaq mütəxəssislər bir neçə fiziki və kimyəvi dəyişkənliklərin səbəb olduğunu düşünürlər. Səbəbi bunlar ola bilər:

Aşağı qan şəkəri

hCG və estrogen miqdarında artış

Təzyiq dəyişkənlikləri

İmmun sistemində dəyişikliklər.

Səhər bulantıları aşağıdakı səbəblərdən daha da pisləşə bilər:

Stress

Həddindən çox yorğunluq

Yol bulantıları

İsti havalar.

Hamiləlik bulantıları ağır ola bilər?

Bəzi insanlarda bu qısa müddətdə olsa da bir çox insanda uzun müddət davam edə bilər.

Bəzi insanlarda qusma gündə 4 dəfəyə qədər ola bilər.

Əgər:

Gündə üç dəfədən artıq qusma

Həddindən çox susuz qalma

4 kq-dan artıq çəki vermə olarsa vəziyyət nəzarət altna alınmalıdır. Bunun üçün dərman qəbulları başlanılmalıdır.

Səhər bulantıları necə azaldıla bilər?
Hamiləlikdə mədə bulantısıSəhərlər az çubuq peçenyələr yeyərək mədəninizi yatışdırmağa çalışın.

Gün ərzində tez-tez ancaq az-az yeməyə üstünlük verin.

Ədviyyatlı və yağlı qidalardan qaçının.

Yeməklər arasında pendir,qatıq, fıstıq əzməsi kimi proteinlə zəngin qidalar istifadə etməyə çalışın.

Xüsusilə gün ərzində bol maye qəbul etməyə diqqət edin. Kafeinli içkilərdən qaçının.

Zəncəfil çayı için.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 18 yanvar 2025

Oxşar xəbərlər

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik testi nə zaman edilməlidir?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, hamiləlik testi, bir qadının hamilə olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilən üsuldur

Hamiləlikdən qorunma yolları

Əvvəlki zamanlardan bu günə bir çox hamiləlikdən qorunma üsulları istifadə edilir. Zaman keçdikdə yeni üsulların istifadəsinə başlanılıb. xəbər verir ki, bunların arasında olduqca riskli və sağlamlıöa zərərli üsullar da mövcuddur

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir. xəbər verir ki

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

30 həftəlik hamiləlik

30 həftəlik hamilə ana hamiləliyinin böyük qismini geridə buraxmışdır. xəbər verir ki, doğuşa təxminən təxminən olaraq 10 həftəsi qalmışdır. Təxminən doğuşla birlikdə ana qarnında böyüyən uşağın ağırlığı da hamiləliyin so

Menstruasiya gecikməsi

Menstruasiya gecikməsi, 21-35 gün aralığında gerçəkləşən döngənin xaricinə çıxıldığında yaşanır. xəbər verir ki, ən geniş yayılan səbəbləri hamiləlik, stress, hormonal pozğunluqlar, həddindən çox çəki, bəzi sağlamlıq problemləridir