6 həftəlik hamiləlik

6 həftəlik hamiləlikHamiləliyin erkən zamanlarından etibarən istehsal olunmağa başlayan hormonlar 6 həftədən gedərək artmaqda və ana namizədləri adətən 6-cı həftə ərəfəsində hamiləliyə aid əlamətləri hiss etməyə başlayır.

Hamilelik.az xəbər verir ki, gün ərzində bulantı şikayəti daha çox olur. Bəzi zamanlar qusma da ola bilər. Hamiləlik sırasında şiddətli mədə bulantısı və qusmağa səbəb olan hallardan qaçınmaq lazımdır.

6 həftəlik hamiləlikdə bulantı şikayətləri üçün tövsiyələr nələrdir?
6 həftəlik hamiləlikGündə bir neçə dəfə kiçik yeməklər yemək

Səhərləri yataqdan qalxmadan duzlu çubuqlar, mədə asidini örtən qidalardan istifadə etmək lazımdır.

Ədviyyatlı və yağlı qidalardan qaçınmaq lazımdır

Yeməkdən dərhal sonra yatmamaq lazımdır

Mədə bulantısını artıran qidalardan uzaqlaşmaq

Bol maye istifadəsi gərəklidir

Su və qidalara zəncəfil parçaları əlavə etmək də faydalı olacaqdır.

6 həftəlik hamiləlikdə görülən dəyişikliklər nələrdir?

6-cı həftədə hormonlar və artan qan axışına bağlı olaraq süd vəzi kanallarında dəyişikliklər başlaya bilər. Bu səbəblə süd vəzilərində dolğunluq, böyümə, ağrı yarana bilər. Məmə ucları tündləşib həssaslaşa bilər.

6 həftəlik hamiləlikdə tez-tez sidiyə gedilir?

6-cı həftədən etibarən böyüyən uşaqlıq sidik torbasına təzyiq etməyə başlayar və ana namizədi gün ərzində və gecə yuxusundan oyanaraq tez-tez sidiyə getmə ehtiyacı hiss edə bilər. Ancaq sidiyə gedərkən yanma, qoxu kimi şikayətlərin də olması vəziyyətində sidik yolu infeksiyası cəhətdən ana namizədinin həkimə müraciət etməsi tövsiyə edilir.

Hamiləliyin 6-cı həftəsində ana namizədlərində psixoloji olaraq nələr izlənilir?

Estrogen və progesteron hormon ifrazat miqdarlarının gedərək artması və gün ərzindəki dalğalanmaları, ana namizədini ruhən və fiziki olaraq çətinləşdirə bilər. Narahatlıq, qorxu hissi tez-tez yaşanır.

6 həftəlik körpə USM-də görülürmü?

Hamiləlik kisəsi və içərisində uşağa aid qabarıqlıq görülə bilər. Son menstruasiya tarixi ilə uyğunsuzluq olan yumurtlamanın gec olduğu hamiləliklərdə kisə görülüb embrion və ürək döyüntüsü görülməyə bilər.

6 həftəlik uşaq nə qədərdir?

6 həftəlik hamiləlikdə uşaq təxminən 6 mm-dir. Hələ embrion halındadır. Ağız, qulaqlar və burun yaranmağa başlayır. Daha sonra uşağın üzü formalaşmağa başlayar. Beyin, ağciyərlər və digər orqanlar da inkişaf etməyə başlayır.

6 həftəlik hamiləlikdə düşük riski necə anlaşılır?

Xüsusilə ilk həftələrdə hamiləliklər düşüklə nəticələnə bilrə. Düşüyün ən vacib əlamətləri qanaxma və ağrıdır. Qanaxma olarsa təcili həkimə müraciət edilməlidir.

6 həftəlik hamiləlik əlamətləri nələrdir?

Mədə bulantısı və qusma
6 həftəlik hamiləlikYorğunluq

Baş gicəllənməsi

Döş qəfəsində ağrı

Şişkinlik, həssaslıq

Tez-tez sidiyə getmə ehtiyacı

Baş ağrısı

Qarında şişkinlik

Həzm problemləri
6 həftəlik hamiləlik6 həftəlik hamiləlikdə qidalanma necə olmalıdır?

Bol-bol su içilməlidir.

Lifli qidalardan istifadə edilməlidir.

Kiçik pors formasında yemək daha məqsədəuyğundur.

Kalsium dəmir və yod tərkibli qidalar istifadə edilməlidir.

Protein ehtiyacı artacağı üçün ət və süd məhsulları kimi digər proteinlə zəngin qidalar qəbul edilməlidir.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 22 yanvar 2025

Oxşar xəbərlər

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Hamiləlikdə fol turşusu

Fol turşusu, bir çox əlavədə və qidada mövcud olan B vitaminidir. xəbər verir ki, fol turşusu vücud tərəfindən yeni hüceyrələr istehsal etmək üçün istifadə edilir. Həyatınız ərzində normal böyümə və inkişaf üçün gərəklidir

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

Hamiləlikdə hansı qidalar olmaz?

Hamiləlikdə qidalanma necə olmalıdır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, bir çox hamilə qadın bu müddətin başlanğıcında qidalanma ilə bağlı məlumata sahib olmurlar. İstifadə edəcəkləri yanlı

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Hamiləlikdə yüksək təzyiq

Yüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir. Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, yüksək qa