Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyədən sonra hamiləlikQeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir.

Hamilelik.az xəbər verir ki, daha öncə qeysəriyyə ilə doğuş həyata keçirən ana namizədləri bir sonrakı hamiləliklərində doğuşu vaginal yolla gerçəkləşdirmək istəyə bilərlər. Bu nöqtədə əlbəttə bəzi risklər mövcud olur, ancaq qeysəriyyə ilə doğuş edən qadınların bir daha əsla normal doğuş etməyəcəyi fikri əsla doğru məlumat deyildir. Əlbəttə doğuşun ardından vücudun özünü toplamasını gözləmək gərəklidir. Bu toplama fizioloji cəhətdən nə qədər faydalıdırsa, psixoloji cəhətdən də bir o qədər faydalıdır. Qadınların yenidən bir hamiləlik müddətinə özünü hazır hiss etmələri və sonrasında hamiləlik planlamaları tövsiyə edilir.

Bunun üçün də doğuşdan sonra bir müddət gözləmək gərəklidir.
Qeysəriyyədən sonra hamiləlikİki hamiləlik arasındakı müddət nə qədər olmalıdır?

Qeysəriyyədən sonra hamilə qalmaq çətindir?

Bu barədə cəmiyyətdə yanlış fikir çoxdur.

Daha öncə qeysəriyyə ilə doğuş edənlər bir daha hamilə qala bilər. Qeysəriyyə şəxsin hamilə qalma ehtimalı üzərində müsbət və ya mənfi təsir göstərməz. Bu, cərrahi müdaxilədir və ana namizədinin ana qarnına kəsik tətbiq edərək uşağı götürülməsinə hədəflənir.

Ardından uşaq alınır və tikiş atılan nahiyə bağlanılaraq doğuş tamamlanır. Qeysəriyyə cərrahi müdaxilədir və müxtəlif risklər mövcuddur. Risklərdən bəziləri reallaşsa hamilə qalma ehtimalı çətinləşə bilər.

Qeysəriyyə doğuşdan sonra nə üçün gözləmək lazımdır?
Qeysəriyyədən sonra hamiləlikİlk olaraq uşaqlığın bərpası gözlənilməlidir. Kiçilmənin gerçəkləşməsi 1,5 ay ilə 2 ay kimi bir zaman ala bilər. Həmçinin doğuşdan sonra vaginal axıntı uzun bir müddət davam edə bilər.

Vücudun özünü toplanması və hamiləlik öncəsinə geri dönülməsi 2 illik bir müddətdə tamamlanır. Bu, qeysəriyyədən sonra hamiləlik üçün də keçərlidir. 2 illik müddət gözlənilməsə ana qarnında problemlər meydana gələ bilər. Bunlardan ən vaciblisi dəmir əksikliyi anemiyasıdır. Bu arada 35 yaş üzəri hamiləliklərdə doğuşun ardından bir az daha uzun müddət gözlənilməsi gərəkli ola bilər.

Qeysəriyyədən sonra normal doğuş mümkündür

Qeysəriyyədən sonra yenidən hamilə qalınarsa vaginal doğuşun olması mümkündür. Ancaq bu hər şəxsdə belə olmaya bilər. Buna ən doğru qərarı vəziyyətə uyğun olaraq həkim deyə bilər.

Qeysəriyyədən sonra vaginal doğuşun edilməsi vəziyyətində keçərli olan risklər arasında tikiş yerlərinin yırtılması durur. Bu riskləri həkiminizlə danışmağınız tövsiyə edilir.

Analar ikinci hamiləlik üçün ən az 2 il gözləməlidir. Daha erkən olduğu zaman hormon səviyyələri normal həddə gəlmədiyi üçün problemlər çıxa bilər. Daha sonra bu uşağa da təsir göstərə bilər.
Qeysəriyyədən sonra hamiləlikYaşana biləcək problemlər:

Anada qanazlığının olması

Düşük riski

Ölü doğuş

Autizm

Doğuşdan sonra ana südünün kifayətsiz olması.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

Asan hamilə qalmaq üçün nə edilməlidir?

Sağlam, problemsiz evliliyi olan hər cütlüyün istəyi ailə üzvünün sayınıı artırmaqdır. xəbər verir ki, asanlıqla hamilə qalma üsulu, hər gün, adət bitməsindən sonrakı ilk iki həftə ərzində müntəzəm cinsi münasibətlə təmi

37 həftəlik hamiləlik

Hamiləliyin hər ayında, həftəsində uşaq daha çox inkişaf etmiş və forma dəyişmiş olur. xəbər verir ki, 37-ci həftədə uşağınız doğuş kanalına doğru yavaş formada irəliləyir. Bunu siz yüngülcə hiss edə bilərsiniz. Vaginal axıntılarınızd

Körpənin cinsiyyətini müəyyənləşdirmək mümkündür?

Cinsiyyət müəyyənləşdirmək üçün hər ailənin fərqli səbəbləri ola bilir. Hansısa ailələrdə arxa-arxaya 3 qız uşağından sonra oğlan uşağı istəyi varkən, bəzi ailələr tək uşaq üçün belə cinsiyyət seçimi etmək istəyirlər. xəbə

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik testi nə zaman edilməlidir?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, hamiləlik testi, bir qadının hamilə olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilən üsuldur

Yalançı hamiləlik

Yalançı hamiləlik, psixoloji hamiləlik olaraq da adlandırıla bilir. Çünki bu vəziyyət, psixoloji bir pozğunluğun fiziki reaksiyası olaraq açıqlanır. xəbər verir ki, yalançı hamiləlik vəziyyətində, qadında hamilləlik olmadığ

Hamiləlikdə yüksək təzyiq

Yüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir. Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, yüksək qa

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm