37 həftəlik hamiləlik

37 həftəlik hamiləlikHamiləliyin hər ayında, həftəsində uşaq daha çox inkişaf etmiş və forma dəyişmiş olur.

Hamilelik.az xəbər verir ki, 37-ci həftədə uşağınız doğuş kanalına doğru yavaş formada irəliləyir. Bunu siz yüngülcə hiss edə bilərsiniz. Vaginal axıntılarınızda artma, hətta qan görə bilərsiniz. Bu doğuşa yaxın olduğunuzun göstəricisidir.

Uzun davam edən yorucu hamiləlik müddəti və uşağınızın artıq böyük olması səbəbiylə ayaqlarınızda varikozları müşahidə edə bilərsiniz.

Bel ağrılarınız yarana bilər.

Vücud ödəm toplaya bilər. Ayaq nahiyənizdə qalınlaşmalar müşahidə edilə bilər.

37 həftəlik hamiləlikdə ana qarnı nə qədərdir?

Təxminən uşağın boyu 47-51 sm olur. Ortalama 2900-2950 qr ola bilər.

37 həftəlik hamiləlikdə çəki necə alınmalıdır?

Ortalama cəmi 11-15 kq arasında alınmağı normal hesab edilir.

37 həftəlik uşağın USM görüntüsü necədir?

Uşaq qarında hərəkət edir və bunu siz hiss edə bilərsiniz.

37 həftəlik hamiləlikdə qidalanma necə olmalıdır?

Mədəniz bu ərəfələrdə ağır qidaları qəbul etməyə bilər. Xüsusilə yağlı və həzmi çətin olan ağır qidalardan uzaq durmalısınız. Bu qidalar həm mədənizdə şişkinlik yarada bilər. Həm də qəbizlik problemlərinə yol aça bilər.

Lifli qidalar olan yaxşı yuyulmuş meyvə və tərəvəzlər yeyilməlidir.

Düzgün qidalanaraq B,C və D vitaminlərinə olan ehtiyacı qarşılaya bilərsiniz.

Protein ehtiyacınızın olduğunu unutmamalısınız.

Protein ehtiyacnızı yaxşı bişmiş ətlərdən, paxlalılardan ala bilərsiniz.

Həzminizi asanlaşdırmaq üçün bol lifl qidalar qəbul etməyi unutmayın.

37 həftəlik hamiləlikdə doğuş əlamətləri nələrdir?

Hamiləliyin 37-ci həftəsində doğuş edə bilərsiniz.

Aşağıdakı əlamətləri gördüyünüz zaman mütəxəssisdən kömək almalısınız:

Doğuş sancılarınız yarana bilər.

Doğuş sancıları arasında 10 dəqiqədən daha az müddət mövcud olur.
37 həftəlik hamiləlikQasıq nahiyəsində ağrıları müşahidə edilir.

Vagina və qasıq nahiyənizdə təzyiq və ağırlıq hissi yaranır

Vaginadan su gələ bilər.

37 həftəlik uşaq necə olur?

Bu həftələrdə də uşaq böyüməyə davam edir. Gündə 30 qrama yaxın ağırlıq qazanmaqdadır.

Bu müddətdə də uşaq doğuşa tam hazır hesab edilir. Tənəffüs sistemi və ağciyərləri inkişaflarını tamamlamış olur. İlk nəfəslərini almağa hazırdırlar. Bu həftədə göbək bağı köməyi ilə sizin sahib olduğunuz antikorlar uşağınza keçərək onun xəstəliklərə qarşı güc qazanmasına kömək olur.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 23 yanvar 2025

Oxşar xəbərlər

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Asan hamilə qalmaq üçün nə edilməlidir?

Sağlam, problemsiz evliliyi olan hər cütlüyün istəyi ailə üzvünün sayınıı artırmaqdır. xəbər verir ki, asanlıqla hamilə qalma üsulu, hər gün, adət bitməsindən sonrakı ilk iki həftə ərzində müntəzəm cinsi münasibətlə təmi

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

6 həftəlik hamiləlik

Hamiləliyin erkən zamanlarından etibarən istehsal olunmağa başlayan hormonlar 6 həftədən gedərək artmaqda və ana namizədləri adətən 6-cı həftə ərəfəsində hamiləliyə aid əlamətləri hiss etməyə başlayır. xəbər verir ki, gü

Menstruasiyadan neçə gün sonra hamilə qalına bilər?

Başda ana olmaq istəyən qadınların öncəliklə bilməsi gərəkli olan mövzu hamilə qalmaq üçün mütləq uyğun zamanda cinsi münasibət yaşamaqdır. Çünki hamiləliyin yaranması üçün ovulyasiyanın həyata keçməsi lazımdır. Mütəmad

Hamiləlikdə qrip xəstəliyi

Adətən qış aylarında görülən geniş yayılan bir tənəffüs yolu infeksiyası olan qrip, hamiləlikdə də yaşana bilər. Normal şərtlərdə adətən ciddi narahatlıq doğurmayan qrip, hamiləlik zamanında riskli bir xəstəliyə çevrilə bilər

Hamiləlikdə fol turşusu

Fol turşusu, bir çox əlavədə və qidada mövcud olan B vitaminidir. xəbər verir ki, fol turşusu vücud tərəfindən yeni hüceyrələr istehsal etmək üçün istifadə edilir. Həyatınız ərzində normal böyümə və inkişaf üçün gərəklidir