Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrək funksiyalarında pozulma və vücudda müəyyən orqanlarda funksiya pozğunluqları kimi əlamətlərlə özünü göstərir.

Hamilelik.az xəbər verir ki, preeklampsinin dəqiq səbəbi tam olaraq bilinmir, ancaq plasentanın damarında bəzi dəyişiklikləri və ananın immun sistemi reaksiyasındakı anormallıqların rol oynadığı düşünülür. Preeklampsi həmçinin genetik və həyat tərzi faktorlardan təsirlənə bilər.

Bu, ciddi vəziyyətdir və ana, uşaq həyatını təhlükəyə ata bilər. Erkən diaqnoz və müalicə vacibdir. Müalicə, uşağın doğuşunun planlanması və ana üçün təzyiqi tənzimləyən dərmanlar, dincəlmə və digər dəstəkləyici tədbirləri təşkil edir.

Hamiləlik zəhərlənməsinin əlamətləri:

Yüksək təzyiq: Hamiləliyin ikinci yarısında anidən yüksək təzyiq yarana bilər. Təzyiq normal dəyərlərin üzərinə çıxa bilər.

Böyrək funksiyalarında dəyişikliklər səbəbiylə sidikdə protein görülə bilər. Sidik analizi nəticəsində proteinüri diaqnozu qoyulur.

Vücudda maye tutulması (ödəm): Adətən əllər, ayaqlar, üz və ayaqlarda şişliklər yarana bilər.

Baş ağrısı: Şiddətli və müntəzəm baş ağrıları hiss edilə bilər.

Görmə pozğunluqları: Bulanıq görmə kimi problemlər yaşana bilər.

Qarın ağrısı: Xüsusillə sağ üst qismdə və ya qarın ortasında şiddətli ağrılar ola bilər.

Nəfəs darlığı: Ağciyərdə maye toplanmasına bağlı nəfəs almaqda çətinlik çəkilə bilər.

Qaraciyər funksiyalarında pozğunluqlar: Qan analizllərində qaraciyər funksiyalarındakı anormallıqlar görülə bilər.

Sürətli kökəlmə: Sürətli və gözlənmədik ola bilər.
Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?Qanaxma problemləri: Nadirən bu, qanaxmalara yol aça bilər.

Bu əlamətlər hamiləliyin irəliləyən mərhələlərində daha da pisləşə bilər və ciddi problemlər yarada bilər.

Hamiləlik zəhərlənməsi nə üçün olur?

Plasental faktorlar

İmmun sisteminin reaksiyaları

Qan damarlarında anormallıqlar

İlk hamiləlik

Piylənmə

Genetik faktorlar

Hamiləlik zəhərlənməsi necə aşkar edilir?

Hamiləlik zəhərlənməsi, hamilə qadınların müntəzəm prenatal yoxlamaları sırasında və ya əlamətlər ortaya çıxdığında sağlamlıq mütəxəssisləri tərəfindən diaqnozu qoyulur. Diaqnozda müxtəlif testlər və müayinələrdən istifadə edilir. Həkimlər, xəstənin simptomlarına, təzyiq ölçmələrinə və sidik analizlərinə əsaslanaraq diaqnoz qoyarlar. Diaqnoz üçün istifadə edilən üsullar bunlardır:

Təzyiqin yoxlanılması: Diaqnozun əsas təməl addımıdır. Yüksək təzyiq əsas əlamətlərdəndir.

Sidik analizi: Sidikdə proteinüri adlanan vəziyyət digər əsas əlamətlərdən hesab edilir. Həkim, sidikdəki protein səviyyələrini yoxlamaq üçün sidik nümunəsi ala bilər.

Qan analizləri: Qan testləri, qaraciyər funksiyaları kimi müəyyən parametrləri dəyərləndirmək üçün istifadə edilir.

USM: Uşağın böyüklüyünü, inkişaf, plasentanın vəziyyəti haqqında məlumat almaq üçün istifadə edilir.

Hamiləlik zəhərlənməsinin risk faktorları nələrdir?

İlk hamiləlik

Ailəsində bu problem olanlar

40 yaşın üzərində və ya 18 yaşın altında hamilə qalmaq
Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?Əksər hamiləliklər

Piylənmə

Diabet

Yüksək təzyiq və ya böyrək xəstəliyi

Yanlış qidalanma.

Hamiləlik zəhərlənməsində doğuş nə zaman gerçəkləşir?

Preeklampsi diaqnozu qoyulmuş hamilə bir qadında, doğuşun baş verməsi əksər zaman xəstəliyin şiddətinə, uşağın vəziyyətinə və ananın ümumi sağlamlıq vəziyyətinə bağlıdır. Əgər yüngül səviyyədə və nəzarət altındadırsa, həkimlər doğuşu bir müddət daha gecikdirə billər. Ana və uşaq müntəzəm olaraq müayinələrdən keçilərək nəzarətdə saxlanılır.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

30 həftəlik hamiləlik

30 həftəlik hamilə ana hamiləliyinin böyük qismini geridə buraxmışdır. xəbər verir ki, doğuşa təxminən təxminən olaraq 10 həftəsi qalmışdır. Təxminən doğuşla birlikdə ana qarnında böyüyən uşağın ağırlığı da hamiləliyin so

37 həftəlik hamiləlik

Hamiləliyin hər ayında, həftəsində uşaq daha çox inkişaf etmiş və forma dəyişmiş olur. xəbər verir ki, 37-ci həftədə uşağınız doğuş kanalına doğru yavaş formada irəliləyir. Bunu siz yüngülcə hiss edə bilərsiniz. Vaginal axıntılarınızd

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir. xəbər verir ki

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Hamiləlikdə baş ağrısının səbəbləri

Hamiləlikdə baş ağrıları nə üçün yaranır? Bu normal hesab edilməlidir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bir çox hamilə qadın baş ağrısından əziyyət çəkir. xəbər verir ki, aparılan araşdırmalar