Qeysəriyyə əməliyyatı

Qeysəriyyə əməliyyatıHamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirsə həkim o istiqamətdə seçimini edər. Bunun üçün hamiləlik müddətində ana və uşaq diqqətlə və yaxından izlənilməlidir.

Qeysəriyyə doğuş nədir?

Qeysəriyyə doğuş adı verilən cərrahi prosedurda, ana qarnında və rəhminə kəsiklər edilərək uşağın sağlam doğulması təmin edilir. Normal doğuş adı verilən vaginal doğuşun mümkün olmadığı ya da ana, uşaq cəhətdən riskli olduğu vəziyyətlərdə tətbiq edilir.
Qeysəriyyə əməliyyatıTətbiq ediləcək kəsik qarnın üzərindən, qasıq nahiyəsinin altından edilir. Riskli və tətbiqi çətin əməliyyatdır. Bu səbəbdən ancaq ana və uşaq üçün etibarlıdırsa tətbiq edilir. Planlı olaraq edilən qeysəriyyə doğuşları əksər zaman hamiləliyin 39 həftəsindən etibarən edilir. Bu müddətinin müəyyənləşməsindəki ən vacib faktor uşağın inkişafının tamamlanmış olması və doğuşa hazır olmasıdır. Təcili vəziyyətlərdə isə qeysəriyyə doğuşun nə zaman həyata keçəcəyi dəqiq deyil.

Anadan qaynaqlanan səbəblər nələrdir?

Bir hamilləlik müddətinin sağlam irəliləyə bilməsi üçün ananın sağlamlığı olduqca vacibdir. Təbii ki, bu vəziyyətdə genetik faktorlar da olduqca təsirlidir. Ananın fizioloji və genetik vəziyyəti dəyərləndirilərək qeysəriyyə doğuş gerçəkləşdirilə bilər.

Anadan qaynaqlanan səbəblər dəyərləndirildiyində ən başda keçirilmiş olan uşaqlıqla bağlı əməliyyatlar və ya qeysəriyyə doğuşlar gəlir.
Ananın tibbi hekayəsində normal doğuşun gerçəkləşməsinə maneə təşkil edə biləcək vəziyyətlərin olması da qeysəriyyə doğuşun edilməsini gərəkdirə bilər.
Xüsusillə irəli mərhələ bel yırtığı bu maneələrin başında gəlir. Həmçinin ananın pelvis sümüklərində hərəkət məhdudluğu yarada biləcək ortopedik və neyroloji xəstəliklər də normal doğuş üçün maneə təşkil edə bilər.

Qeysəriyyə doğuşunun seçim ediləcəyi digər bir vəziyyət isə HPV virusudur. Anada HPV virusuna bağlı olaraq genital orqanlarında ziyil yarana bilər. Bu da normal doğuşun gerçəkləşməsi üçün riskli vəziyyətdir.

Uşaqdan qaynaqlanan səbəbləri hansılardır?

Ən vacib səbəb uşağın tərs gəlməsidir. Normal doğuşda uşağın uşaqlıq yolundan, öncə başının çıxması gərəklidir. Bu vəziyyətin tərsi doğuşda riskləri meydana gətirir. Yarana biləcək risklərin önünə keçilə bilməsi məqsədilə qeysəriyyə doğuş həyata keçirilir.

Uşağın 4,5 kq-dan daha ağır olması ya da ananın diabet xəstəsi olması halında uşağın 4 kq-dan ağır olması qeysəriyyə doğuşu gərəkdirə bilər. Çünki bu uşaqların normal doğuş əsnasında uşaqlığa çiyinlərinin taxılması ehtimalı vardır.

Normal doğuş əsnasında bir neçə səbəblərdən ötrü doğuşu gerçəkləşdirən həkimin uşağın oksigensiz qala biləcəyini düşünməsi halında qeysəriyyə doğuş seçilə bilər.

Çünki uşağın doğuş əsnasında yetəri qədər oksigen ala bilməməsi qalıcı xəstəliklərə hətta ölü doğuşlara səbəb ola bilir.

Əkiz uşaq olduğu zaman

Plasentanın doğuş kanalını bağlaması ya da uşaqla bağlı bütün digər anormallıqlara görə qeysəriyyə həyata keçə bilər.

Qeysəriyyədən sonrakı müddət necədir?
Qeysəriyyə əməliyyatıNormal doğuş ilə müqayisə olunduğunda sağalma müddəti baxımından daha uzun müddəti əhatə edər. Qeysəriyyə doğuşdan sonra ananın xəstəxanada qalma müddəti təxminən 2 gündür. Ancaq bəzi vəziyyətlərdə bu müddət 4 günə qədər uzana bilər. İlk bir neçə günlük müddətdə edilən kəsiklərdən səbəb ana ağrılar hiss edə bilər. Həmçinin adət sancısına bənzəyən bir sancının hiss edilməsi də olduqca normaldır. Qasıqlarda meydana gələn bu ağrının səbəbi vaginanın normal halına dönmək üçün gərginləşməsidir. Olduqca normal olan bu ağrılar zamanla azalar və bitər. Qeysəriyyədən təxminən 2 gün sonra ana yataqda olmaq şərtiylə duş qəbul edə bilər.Tikişlər 1 həftə ilə 10 günlük müddətdə sağalar və özlüyündən sovrular. Qeysəriyyədən sonra həyatın tamamilə normala dönməsi təxminən 6 həftəlik müdəti əhatə edər.

Bu yaxşılaşma müddəti ərzində öncə qırmızı, daha sonra qəhvə rəngi vaginal axıntılar ola bilər. Doğuşdan bir müddət sonra da qadınlar müntəzəm olaraq müayinələrini etdirməlidirlər.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 17 yanvar 2025

Oxşar xəbərlər

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Hamiləlikdə fol turşusu

Fol turşusu, bir çox əlavədə və qidada mövcud olan B vitaminidir. xəbər verir ki, fol turşusu vücud tərəfindən yeni hüceyrələr istehsal etmək üçün istifadə edilir. Həyatınız ərzində normal böyümə və inkişaf üçün gərəklidir

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

Hamiləlikdə hansı qidalar olmaz?

Hamiləlikdə qidalanma necə olmalıdır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, bir çox hamilə qadın bu müddətin başlanğıcında qidalanma ilə bağlı məlumata sahib olmurlar. İstifadə edəcəkləri yanlı

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Hamiləlikdə yüksək təzyiq

Yüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir. Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, yüksək qa