Asan hamilə qalmaq üçün nə edilməlidir?

Asan hamilə qalmaq üçün nə edilməlidir?Sağlam, problemsiz evliliyi olan hər cütlüyün istəyi ailə üzvünün sayınıı artırmaqdır.

Hamilelik.az xəbər verir ki, asanlıqla hamilə qalma üsulu, hər gün, adət bitməsindən sonrakı ilk iki həftə ərzində müntəzəm cinsi münasibətlə təmin edilə bilir. Xüsusilə yumurtlama dövrü olaraq bilinən ovulyasiya müddəti hamilə qalmaq üçün ən yaxşı zamandır.

Asan hamilə necə qalınır?

Asan hamilə qalmaq üçün xüsusilə menstruasiya başlanğıcından 12-16 gün öncəyə rast gələn yumurtlama müddəti başda olmaq üzrə hər gün müntəzəm cinsi münasibət yaşamaq gərəklidir. Bu müddətdə sağlam çəkidə olmağa diqqət edlməli, sağlam qidalanmalı, siqaret və spirt kimi mənfi vərdişlərdən xilas olmaq və stresdən uzaq durulmalıdır.

Yumurtlama adətən adət başlanğıcından 14 gün öncə gerçəkləşir. Adətən öncəki 12-18 gün arasında da meydana gələ bilər. Reql döngəsi 35 gündürsə, 19 ilə 25 gündə hamilə qalmaq ehtimalı yüksəkdir. Əgər 23 günlük bir döngə varsa 7 ilə 13 günlər arasında yumurtlama gerçəkləşə bilər.
Asan hamilə qalmaq üçün nə edilməlidir?Hamilə qalmağı asanlaşdıran pozisiyalar nələrdir?

Aparılan araşdırmalarda hansısa bir cinsi pozisiyanın hamilə qalmağı asanlaşdırdığı təsdiq edilməmişdir, ancaq hansı cinsi pozisiya olarsa olsun münasibətdən sonra 15-30 dəqiqə qədər yataqda istirahət etmək sperma hüceyrələrinin daha artıq keçişinə kömək edəcəkdir.

Hamilə qalmağı asanlaşdıran xalq təbabəti üsulları varmı?

Hamilə qalmağı asanlaşdırmaq üçün istifadə edilməsi gərəkli xüsusi bitki tərkibli üsul yoxdur. Digər tərəfdən edilən elmi çalışmalar həftədə ən azından 2 dəfə balıq ya da balıq yağı istifadəsinin hamilə qalma müddətini asanlaşdırdığını ortaya qoymaqdadır. Hazır qidalardan istifadə hamilə qalmağı çətinləşdirə bilər.

Bu səbəbdən kimyəvi maddələrlə dolu olan qidalar yemək yerinə mümkün olduğu qədər təbii və az işlənmiş qidalardan istifadə etmək lazımdır.

Hamilə qalmadan öncə nələrə diqqət edilməlidir?

Hamiləlik öncəsi qadın həkiminə müraciət edilməlidir.

Ginekoloq hamiləlikdən öncə müayinə və USM edərək qadın vücudunun hamiləliyə hazır olub-olmadığını dəyərləndirəcək və gərəkli qan və sidik testlərini istəyəcəkdir.

Bu nəticələrə görə, vitamin dəstəyi tövsiyə edilə bilər. Bunun xaricində bütün ana namizədlərinə fol turşusu vitamin dəstəyi verilməsi tövsiyə edilir.

Fol turşusu B vitamin növü olub təbii olaraq tərəvəzlər, meyvələr, paxlalılar, qoz, yumurta kimi qidalarda bol miqdarda mövcuddur. Fol turşusunun artığı sidik yolu ilə vücuddan atılır. Vücudda toplanma etməz, uşağa zərərli deyildir.

Hamiləlikdən öncə qidalanma necə olmalıdır?

Hamiləlik öncəsində proteindən zəngin qidalar bolca istifadə edilməlidir.

Ət, süd, yumurta, balıq, toyuğun tərkibində bol miqdarda protein mövcuddur.

Gündə ən az 2 litr su istifadə edilməlidir. Süd sevilmirsə qatıq, ayran daha sağlam seçimdir.

Qatıq gündə bir stəkan qədər yeyilməlidir.

Hər səhər bir ya da iki yumurta, yumurta istifadə edilməyən günlərdə üç ədəd qoz günə başlayarkən yaxşı başlanğıc ola bilər.

Həftədə ən az iki dəfə balıq yeyilməlidir.

Gündə bir dəfə içilən təbii mədən suyu ilə gərəkli mineral dəstəyi təmin edə bilərsiniz.

Qırmızı ət, toyuq əti, yumurta sarısının tərkibində bol miqdarda dəmir mövcuddur. Dəmir anemiya yaranmasının qarşısını alar. Hamiləliyin sağlam keçməsini təmin edər.

Bu qidalardakı dəmirin sovrulmasını portağal, naringi kimi C vitamini ilə zəngin meyvələr asanlaşdırır. C vitamini tərkibli qidalar, qan dəyərlərinin yüksəlməsinə böyük dəstək verir.

Un məlumatları, tərkibindəki yüksək karbonhidrat tərkibi səbəbiylə çəki artışına səbəb olacaq, bu da hamilə qalmağı çətinləşdirə bilər.

Tərəvəz və meyvələrin yaxşı yuyulması, toksoplazma infeksiyasından qorumaq üçün əhəmiyyətlidir.

Həddindən çox qəhvə, qarışıq bitki çaylarının, nanə və adaçayı tərkibli çayların istifadə edilməməsi daha məsləhətdir.

Menstrusiyadan neçə gün sonra hamilə qalınır?

Adətdən bir neçə gün sonra hamilə qalınacağı adət dövrünə görə dəyişkənlik göstərir. Əslində bir sonrakı adətdən 14 gün öncə hamilə qalınır. Ancaq bir sonrakı adətin nə zaman olacağını əksər zaman tam olaraq bilinməməkdir. Tamamilə müntəzəm olarq menstruasiya olan ana namizədlərində bunu hesablamaq asandır.
Asan hamilə qalmaq üçün nə edilməlidir?Psixoloji səbəblər hamiləliyin qarşısını ala bilərmi?

Psixoloji faktorlar hamiləliyə təsir göstərə bilər, ancaq hamiləlik üçün maneə deyildir. Psixoloji stress, narahatlıq, depressiya və digər duyğusal problemlər bəzi qadınlarda hormonal natarazlığa yol aça bilər. Bu da ovulyasiyaya təsir göstərə bilər.

Psixoloji faktorlar hamiləlik şansını sadəcə azalda bilər. Bir çox qadın, stress altında hamilə qala bilər və psixoloji dəstəklə hamiləliyi yaxşı idarə edib sona çatdıra bilər.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

Körpənin cinsiyyətini müəyyənləşdirmək mümkündür?

Cinsiyyət müəyyənləşdirmək üçün hər ailənin fərqli səbəbləri ola bilir. Hansısa ailələrdə arxa-arxaya 3 qız uşağından sonra oğlan uşağı istəyi varkən, bəzi ailələr tək uşaq üçün belə cinsiyyət seçimi etmək istəyirlər. xəbə

Hamiləlik hesablaması

Hamilə olduğunuzu öyrəndiyiniz an başlayan həyəcanınızdan dərhal sonra öyrənmə prosesi başlayar. Təxminən 9 ay 10 gün davam edəcək müddətdə sizin və uşağınızın nələr yaşayacağı haqqında düşünmək tam təbii haqqınızdır. Hamiləli

Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir. xəbər verir ki

Hamiləlikdə qan artıran qidalar

Hər qadın orqanizmi bir-birindən fərqli olduğu üçün hamiləlik müddətləri də fərqlidir. xəbər verir ki, bəzi vəziyyətlər hamiləlikdə bir çox qadında yaşanır ki, bu da anemiyadır. Vücudun toxumalarına oksigen daşımaq üçün yetərl

Hamiləlikdən qorunma yolları

Əvvəlki zamanlardan bu günə bir çox hamiləlikdən qorunma üsulları istifadə edilir. Zaman keçdikdə yeni üsulların istifadəsinə başlanılıb. xəbər verir ki, bunların arasında olduqca riskli və sağlamlıöa zərərli üsullar da mövcuddur

37 həftəlik hamiləlik

Hamiləliyin hər ayında, həftəsində uşaq daha çox inkişaf etmiş və forma dəyişmiş olur. xəbər verir ki, 37-ci həftədə uşağınız doğuş kanalına doğru yavaş formada irəliləyir. Bunu siz yüngülcə hiss edə bilərsiniz. Vaginal axıntılarınızd

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Hamiləlikdə qrip xəstəliyi

Adətən qış aylarında görülən geniş yayılan bir tənəffüs yolu infeksiyası olan qrip, hamiləlikdə də yaşana bilər. Normal şərtlərdə adətən ciddi narahatlıq doğurmayan qrip, hamiləlik zamanında riskli bir xəstəliyə çevrilə bilər