Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik testi nə zaman edilməlidir?Hamiləlik testi nə zaman edilməlidir?

Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Hamilelik.az xəbər verir ki, hamiləlik testi, bir qadının hamilə olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilən üsuldur. Bu testlər hamiləlik hormonu olan human chorionic gonadotropin (HCG) səviyyələrini ölçür. HCG, döllənmiş bir yumurtanın uşaqlıq divarına yerləşməsindən sonra plasenta tərəfindən istehsal edilən bir hormondur.

Hamiləlik testinin çalışma prinsipi

Hamiləlik testləri, sidikdə və ya qanda HCG hormonu səviyyələrini ölçərək çalışır. Döllənmədən təxminən 6-12 gün sonra HCG hormonu istehsalı başlayar və bu hormonun səviyyələri sürətlə artar. Hamiləlik testləri, bu hormonu təsbit edərək pozitiv və ya neqativ nəticə verir.

Hamiləlik testi nə zaman edilməlidir?Hamiləlik testinin növləri:

Hamiləlik testləri təməl olaraq iki növdə olur. Evdə edilən sidik analizləri və həkim tərəfindən edilən qan testləri.

Evdə edilən sidik testləri: Bu testlər, apteklərdən asanlıqla təmin edilə bilər və evdə tətbiq edilə bilər. Sidikdə HCG hormonunu təsbit edərlər. İstifadəsi asandır.

Adətən doğru nəticələr verər. Sidik testləri, adət gecikməsindən bir neçə gün sonra edilə bilər.

Qan testləri: Qan analizləri, HCG hormonunu daha həssas bir formada təsbit edər və daha erkən hamiləliyi müəyyənləşdirə bilər. İki növ qan analizi vardır:

Qandakı HCG səviyyələrini tam olaraq ölçər

Digər növdə isə HCG hormonunun olub-olmadığı müəyyənləşir.

Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik analizi, menstrual zamanınızın gecikməsindən bir neçə gün sonra edilə bilər. Bunun səbəbi, HCG səviyyələrinin yetərli miqdarda artması və testin bu hormonu təsbit edə bilməsidir. Erkən hamiləlik testləri, döllənmədən 10 gün sonra HCG səviyyələrini təsbit edə bilər, ancaq ən doğru nəticələr üçün adət gecikməsindən sonra test edilməsi tövsiyə edilir.

Hamiləlik testi necə edilir?

Evdə edilən sidik testləri adətən bu mərhələlərlə aparılır:

İstifadə təlimatını oxuyun. Çünki hər testin istifadə təlimatları fərqli ola bilir. Bu səbəbdən diqqətlə oxumaq lazımdır.

Sidik toplama: Test çubuğunu sidik axışına tutaraq və ya təmiz bir qaba sidik tökərək yoxlaya bilərsiniz.

Gözləmə müddəti: Təlimatlarda qeyd edilən müddət ərzində gözləyin. Bu, adətən bir neçə dəqiqə edir.

Nəticələri oxuma: Test çubuğundakı xətlər və ya simvollara nəzarət edərək nəticələri oxuyun.

Hamiləlik testinin nəticələri:

Cavab adətən müsbət və ya mənfi olaraq çıxar.

Müsbət nəticə zamanı: Test çubuğunda iki xətt və ya bir müsbət işarəti görünürsə bu adətən hamilə olduğunuz mənasına gəlir.

Mənfi nəticə: Test çubuğunda tək xətt və ya mənfi işarəsi görünərsə, bu adətən hamilə olmadığınız mənasına gəlir.

Bəzən cavablar yanlış nəticələnə bilər.

Erkən test edən zaman:

HCG səviyyələri yetərincə yüksək olmaya bilər.

Normadan artıq su içmək, HCG hormonunun təsbit edilməməsinə səbəb ola bilər.

Yanlış müsbət nəticələr zamanı:
Hamiləlik testi nə zaman edilməlidir?Döllənmiş yumurta uşaqlığa yerləşmədən itə bilər və bu vəziyyət qısa müddətli olsa da HCG artışına səbəb ola bilər.

HCG tərkibli dərmanlar:

HCG hormonu tərkibli müalicələr, yanlış pozitiv nəticələrə yol aça bilər.

Hamiləlik testi nə zaman edilməlidir?

Menstrual müddətinin gecikməsindən bir neçə gün sonra hamiləlik testi edilməlidir. Erkən hamiləlik testləri, döllənmədən 10 gün sonra HCG səviyyələrini təsbit edə bilər.

Evdə edilən hamiləlik testləri nə qədər doğrudur?

Evdə edilən hamiləlik testləri adətən 99% doğru çıxır. Ancaq testi doğru zamanda etmək və təlimatlara uyğun istifadə etmək əhəmiyyətlidir.

Hamiləlik testi günün hansı saatında edilməlidir?

Səhər ilk sidiyə gedən zaman yoxlanılmalıdır. HCG hormonunun ən çox olduğu zaman olduğu üçün ən doğru nəticələri verə bilər. Ancaq günün hər hansısa bir saatında edilən testlər də adətən doğru nəticələr verir.

Qanda hamiləlik testi neçə olmalıdır?
Hamiləlik testi nə zaman edilməlidir?Hamilə bir qadında HCG hormonu dəyəri hər gün artar. 0-2 həftəlik hamiləlikdə bu dəyər 5-50, 2-3 həftədə 1000-5000, 3-4 həftədə 5000-10000, 6-8 həftədə 15000-200000 arasında olur.

Qanda hamiləlik testinin üstünlükləri nələrdir?

Qanda hamiləlik testinin ən böyük üstünlüyü, hamiləliyin çox erkəndən təsbit edilməsidir. Qanda təsbir edilən HCG səviyyəsi sayəsində sağlamlıq cəhətdən gərəkli dəyərləndirmələr daha asan formada edilə bilər.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 13 yanvar 2025

Oxşar xəbərlər

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Hamiləlikdə fol turşusu

Fol turşusu, bir çox əlavədə və qidada mövcud olan B vitaminidir. xəbər verir ki, fol turşusu vücud tərəfindən yeni hüceyrələr istehsal etmək üçün istifadə edilir. Həyatınız ərzində normal böyümə və inkişaf üçün gərəklidir

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

Hamiləlikdə hansı qidalar olmaz?

Hamiləlikdə qidalanma necə olmalıdır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, bir çox hamilə qadın bu müddətin başlanğıcında qidalanma ilə bağlı məlumata sahib olmurlar. İstifadə edəcəkləri yanlı

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Hamiləlikdə yüksək təzyiq

Yüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir. Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, yüksək qa