Hamiləlikdə qan artıran qidalar

Hamiləlikdə qan artıran qidalarHər qadın orqanizmi bir-birindən fərqli olduğu üçün hamiləlik müddətləri də fərqlidir.

Hamilelik.az xəbər verir ki, bəzi vəziyyətlər hamiləlikdə bir çox qadında yaşanır ki, bu da anemiyadır. Vücudun toxumalarına oksigen daşımaq üçün yetərli sayda qırmızı qan hüceyrəsi istehsal edilməməsi nəticəsində qanazlığı yəni anemiya meydana gəlir.

Hamiləlikdə qanazlığa yaxşı təsir göstərən qidalar hansılardır?

Qanazlığı (Anemiya) nədir?

Qana rəngini verən hemoqlabin, eyni zamanda oksigenin hüceyrələrə daşınmasını təmin edən bir proteindir. Qanda qırmızı qan hüceyrələri tərəfindən daşınan hemoqlabin, normal səviyyələrin altına düşərsə qanazlığı meydana gələ bilər.

Qanazlığında risk faktorları:
Hamiləlikdə qan artıran qidalarDaha öncəki doğuşlarda həddindən çox qanaxmanın meydana gəlməsi

Dəmir sovrulmasını aşağı salan süd məhsulları, çay və qəhvədən artıq istifadə

Dəmir sovrulmasına təsir göstərən dərmanlardan istifadə

Mütəmadi davam edən adət qanaxma

Dəmir sovrulmasına mənfi istiqamətdə təsir göstərən mədə və bağırsaq xəstəliyinə sahib olmaq

Daha öncə piylənmə səbəbi ilə qastrit cərrahiyyəsini etmək

Hamiləlikdə qanazlığı növləri

Dəmir əksikliyi anemiyası

Oraq hüceyrə anemiyası

Talassemiya

Hamiləlikdə qanazlığı əlamətləri

Halsızlıq

Yorğunluq

Nəfəs darlığı

Baş gicəllənməsi

Ürək döyüntüsü

Dəridə solğunluq

Yaddaşda zəifləmə

Diqqət əksikliyi

Dırnaqlarda qırılma

Hamiləlikdə qanazlığı nə üçün olur?

Hamiləlikdə geniş yayılan qanazlığı, dəmir əksikliyi anemiyasıdır. Dəmir, oksigen daşıyan hemoqlabinin əsas qaynağıdır. Hamilə qadınların 20%-də dəmir əksikliyindən qaynaqlanan qanazlığı meydana gəlir.

Hamiləlikdə meydana gələn qanzlığı 85%-i dəmir əksikliyindən qaynaqlanmaqdadır. Ancaq dəmir əksikliyinin meydana gəlməsinin başqa səbəbləri də vardır. Bu səbəblər arasında, fol turşusu, B12 vitamini əksikliyi, xroniki xəstəliklərinin olması, tiroid vəzi xəstəlikləri, hüceyrə anemiyası kimi qalıcı xəstəliklər yer alır. Bu səbəbdən hamiləlikdə əlavə olaraq dəmir istifadə edilməlidir.

Qanazlığına nə yaxşı təsir göstərir?

Altda yatan səbəblərə və anemiyanın şiddətinə görə dəyişə bilər. Müalicə, adətən vücudu yenidən sağlam formada oksigen daşıma keyfiyyətinə qovuşdurmağı hədəfləyir.

Qanazlığının müalicəsi üçün istifadə edilən üsullar:

Qidalanmada dəyişikliklər: Dəmir əksikliyi anemiyası kimi vəziyyətlərdə, dəmir cəhətdən zəngin qdalar istifadə etmək əhəmiyyətlidir. Qırmızı ət, toyuq, balıq, paxlallılar, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr dəmir cəhətdən zəngin qaynaqlardır. B12 vitamini əksikliyi anemiyası üçün heyvan mənşəli məhsullar və ya B 12 vitamini əlavələri tövsiyə edilir.

Dəmir və ya vitamin əlavələri: Dəmir əksikliyi və ya bu vəziyyətdə həkiminiz tərəfindən resept edilən dəmir və ya vitamin əlavələri istifadə edilməlidir.

Fol turşusu əlavəsi: Fol turşusu əksikliyi anemiyası vəziyyətində, fol turşusu əlavələri tövsiyə edilir. Bu, hamiləlik müddətində vacibdir.

Altda yatan probleminin müalicəsi: Qanazlığının altında yatan səbəbi müalicə etmək, qanazlığının tənzimlənməsinə kömək ola bilər.

Xroniki xəstəliklərinin idarəsi: Əgər qanazlığı, xroniki bir xəstəliyin bir nəticəsidirsə, bu xəstəliyin idarəsi qanazlığı simptomlarını yüngülləşdirir. Məsələn, revmatoid artrit kimi xroniki iltihablı xəstəlik varsa, bu xəstəliyin müalicəsi qanazlığı simptomlarını azalda bilər.

Qan köçürülməsi: Qanazlığı şiddətlidirsə qan köçürülməsinə ehtiyac ola billər.

Qanazlığa yaxşı təsir göstərən qidalar hansılardır?

Dəmir cəhətdən zəngin qidalar:

Xüsusilə dana əti, ciyəri kimi qırmızı ətlər

Toyuq və hinduşka əti yaxşı dəmir qaynağıdır

Balıq kimi dəniz məhsulları

Mərcimək, noxud, lobya

İspanaq kimi yaşıl tərəvəzlər

Fındıq, qoz, badam, yer fıstığı və s.

B12 vitamini cəhətdən zəngin qidalar:

Ət məhsulları (qaraciyər, böyrək və ürək kimi daxili orqanlar)

Dana və quzu əti

Toyuq kimi ağ ətlər B12 vitamini illə zəngindir.

Süd və süd məhsulları

Fol turşusu cəhətdən zəngin qidalar:

Yaşıl yarpaqlı tərəvəzlər

Portağal

Çiyələk, böyürtkən

Noxud, mərcimək, qırmızı və qara lobya

Avokado yarpağı və s.
Hamiləlikdə qan artıran qidalarC vitamini cəhətdən zəngin qidalar:

Çiyələk, ananas, manqo, gilas

Qırmızı və yaşıl bibər

Limon, mandarin, portağal

İtburnu, brokoli və s.

B6, E vitamini ilən zəngin qidalar da qanazlığı zamanı faydalıdır.

Qanazlığına faydalı təsir göstərən bitki çayları:

Gicitkan çayı

Nanə çayı

İtburnu çayı

Zəncəfil çayı

Çobanyastığı çayı və s.

B6 vitamini ilə zəngin qidalar:
Hamiləlikdə qan artıran qidalarToyuq

Banan

Avokado

İspanaq

Kök

Fındıq, fıstıq

Avokado

Yumurta sarısı

Lobya

Quzu əti

Kartof

Balıq və s.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 21 yanvar 2025

Oxşar xəbərlər

31 həftəlik hamiləlik

Hamiləliyin 31 həftəsi ilə birlikdə ana uşağını qucağına almağa təxminən 11 həftəlik uzaqlıqdadır. xəbər verir ki, qarın hissəsinin içərisi yetəri qədər böyümüş olur. Uşağın boy, çəkisi inkişaf etməyə davam edir. Hamiləliyi

Körpənin cinsiyyətini müəyyənləşdirmək mümkündür?

Cinsiyyət müəyyənləşdirmək üçün hər ailənin fərqli səbəbləri ola bilir. Hansısa ailələrdə arxa-arxaya 3 qız uşağından sonra oğlan uşağı istəyi varkən, bəzi ailələr tək uşaq üçün belə cinsiyyət seçimi etmək istəyirlər. xəbə

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir. xəbər verir ki

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Süni mayalanma nədir?

Təbii yollarla uşaq sahibi olmayan şəxslərə tətbiq edilən süni mayalanma müalicəsi in vitro fertilization (İVF) ya da fərqli deyişlə hüceyrələrin laboratoriya şəraitində bir araya gətirilməsi proseduru olaraq bilinir. xəbə

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Menstruasiya gecikməsi

Menstruasiya gecikməsi, 21-35 gün aralığında gerçəkləşən döngənin xaricinə çıxıldığında yaşanır. xəbər verir ki, ən geniş yayılan səbəbləri hamiləlik, stress, hormonal pozğunluqlar, həddindən çox çəki, bəzi sağlamlıq problemləridir