Yumurtalıqların polikistik sindromu

Yumurtalıqların polikistik sindromuXüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil.

Hamilelik.az xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilmə şansına sahibdirlər. Bu problem, yumurtalıqların funksiyalarının pozulması ilə özünü biruzə verir.

Yumurtalıqların polikistoz sindromunun əlamətləri:

Saç tökülməsi

Aknə

Hirsutizm

Pelvik ağrısı

Sonsuzluq

Artıq çəki

Yüksək testosteron səviyyəsi

Qadınlar üçün narahat edən vəziyyət Polikistoz yumurtalıq sindromu, yumurtalıqlarda, böyüyə bilməyən, artıq yumurta toplanması ilə ortaya çıxan hormonal pozuntudur. Əslində xəstəlik deyil, doğuşdan gələn xüsusiyyətdir. Problemin təməlində yatan isə insulin dirənci və artıq çəkisi olan qadınlar polikistik over sindromu cəhətdən riskli qrupu içindədir. Uşaq sahibi olmaq istəyən qadınların 100-də 30-40-da görülən polikistik over sindromu, sağlam bir yumurtlamanın olmaması, adət gecikməsi, tüklənmə şikayətləri və sonsuzluq kimi problemləri də bərabərində gətirir.

Müalicəsində isə probleminin yaratdığı bu şikayətlərə görə fərqli yollar izlənilir. Məsələn, xəstə tüklənmədən şikayətçidirsə buna uyğun bir müalicə, əgər uşaq sahibi olmaq istəyirsə başqa bir müalicə də tətbiq edilir.
Yumurtalıqların polikistik sindromuDiaqnoz necə qoyulur?

Polikistik sindromda dəqiq diaqnoz üçün ilk addım USM dəyərləndirməsi ilə yumurtalıqdakı yumurta sayısına baxmaq olur. Bununla yanaşı bəzi hormonal testləri edilir və xəstənin insulin dirəncinə baxılır. Həmçinin xəstənin hekayəsi, menstruasiya gecikməsi, şikayətləri dinləmək və tüklənmənin dərəcəsini görmək üçün vücud müayinəsi edilir.

İlk addım pəhriz və idmandır.

Bu şikayətlər zamanı müalicə cəhətdən artıq çəkilərin atılması üçün pəhriz və idman planı tətbiq edilir. Xəstədəki həyat tərzi dəyişikliyi ideal çəkiyə gəlməyi təmin etməklə yanaşı tüklənməni də azaldır.

Dərman müalicəsində məqsəd ovulyasiyanı bərpa etməkdir

Süni mayalanmaya keçmədən öncə iki hədəfli bir müalicə müddətinin olduğunu deyə bilərik. Xəstə ideal çəkisinə gəldikdən sonra ilk mərhələdə yumurta istehsalını təmin etmək istiqamətində və adətən 3 növ dərman müalicəsi dövrü olur. Xəstənin insulin dirəncini azaldan dərmanlar müalicəyə əlavə edilə bilər.

Ancaq nəticə əldə edilməsə bu dəfə ikinci mərhələyə keçilir. Yəni iynə və peyvəndləmə prosedurları nəzərdə tutulur.
Yumurtalıqların polikistik sindromuSüni mayalanma hamiləliyi çətin keçirmi?

İlk aylar əhəmiyyət kəsb edir. Yumurtalıqların polikistik sindromundan əziyyət çəkənlərdə süni mayalanma hamilləliklərində ilk aylar vacibdir. Çünki digər xəstə qruplarına görə, xüsusilə hormonal balansı düz olmayanlarda düşük riskləri yüksək olur.

Bu problemlə üzləşənlərdə hamiləliyə bağlı diabet və yüksək təzyiq, erkən hamiləlik itkiləri də çox görülür. Bu cəhətdən risklər və müalicə barədə xəstə ətraflı və dəqiq maarifləndirilməlidir.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 17 yanvar 2025

Oxşar xəbərlər

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

30 həftəlik hamiləlik

30 həftəlik hamilə ana hamiləliyinin böyük qismini geridə buraxmışdır. xəbər verir ki, doğuşa təxminən təxminən olaraq 10 həftəsi qalmışdır. Təxminən doğuşla birlikdə ana qarnında böyüyən uşağın ağırlığı da hamiləliyin so

Hamiləlikdə baş ağrısının səbəbləri

Hamiləlikdə baş ağrıları nə üçün yaranır? Bu normal hesab edilməlidir?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. Bir çox hamilə qadın baş ağrısından əziyyət çəkir. xəbər verir ki, aparılan araşdırmalar

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Hamiləlikdə hansı qidalar olmaz?

Hamiləlikdə qidalanma necə olmalıdır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, bir çox hamilə qadın bu müddətin başlanğıcında qidalanma ilə bağlı məlumata sahib olmurlar. İstifadə edəcəkləri yanlı

Qeysəriyyə əməliyyatı

Hamiləlik dünyadakı bütün qadınlar üçün hesab olunacaq müqəddəs vəziyyətdir. Hamiləlik nəticəsində ana və uşaq üçün sağlam doğuş gərçəkləşdirmək yeganə məqsəddir. Ananın və uşağın sağlamlıq vəziyyəti hansı doğuş üsulunu gərəkdirirs

Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik testi nə zaman edilməlidir?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, hamiləlik testi, bir qadının hamilə olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilən üsuldur

Hamiləlik hesablaması

Hamilə olduğunuzu öyrəndiyiniz an başlayan həyəcanınızdan dərhal sonra öyrənmə prosesi başlayar. Təxminən 9 ay 10 gün davam edəcək müddətdə sizin və uşağınızın nələr yaşayacağı haqqında düşünmək tam təbii haqqınızdır. Hamiləli

Qeysəriyyədən sonra hamiləlik

Qeysəriyyə doğuşdan sonrakı hamiləlik ana namizədlərini narahat edən mövzulardan biridir. Xüsusilə xalq arasında bu mövzuda çox sayda yanlış inanışın mövcudluğu, narahatlığı irəli səviyyələrə daşıya bilir. xəbər verir ki