Hamiləlikdə yüksək təzyiq

Hamiləlikdə yüksək təzyiqYüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir.

Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?

Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Hamilelik.az xəbər verir ki, yüksək qan təzyiqi, qan dövranını azalda bilər. Bu da uşağa gedən oksigen və qida miqdarının azalması deməkdir. Beləliklə böyüməsi yavaşlayacaq və erkən doğuş riski artacaqdır. Həmçinin yüksək təzyiq, plasentanın vaxtından öncə rəhmdən ayrılmasına və həyati təhlükəyə səbəb olacaq problemlərə yol aça bilər.

Hamiləlik əsnasında yaranan yüksək təzyiqə isə hamiləlik hipertoniyası deyilir. Doğuşdan sonra bu vəziyyət adətən düzəlir, ancaq gələcəkdə bu qadınlarda xroniki yüksək təzyiq riski çox olur.

Bəzən yüksək təzyiqlə bərabət sidikdə proteinin varlığı ciddi vəziyyətə səbəb ola bilər. Yüksək təzyiqi olan qadınların 25%-də inkişaf edir. Bunlarda əl və üzdə şişlik, ani çəki artışı, baş ağrısı, bulanıq görmə, baş gicəllənməsi, qarın ağrısı da görülür. Bu vəziyyətdə yataq istirahəti tövsiyə edilir.
Hamiləlikdə yüksək təzyiqHamiləlikdə təzyiq dərmanları

Hər dərman uşağınıza təsir göstərə bilər. Bəzi təzyiq dərmanları hamiləlikdə güvənlə istifadə edərkən, bəzi təzyiq dərmanlarının istifadəsi riskli olacaqdır.

Ancaq müalicənin əhəmiyyətli olduğu unudulmamalıdır. Çünki yüksək təzyiq infarkt, insult və digər problemləri yaratma riski hamilə qaldığınızda da dəyişməyəcəyi kimi üstəlik bunlar uşağınız üçün təhlükəli ola bilər.

Qan təzyiqinizə nəzarət etmək üçün dərmana ehtiyac olarsa həkimin tövsiyə etdiyi dərmandan istifadə edə bilərsiniz.

Qeyd edək ki, əgər təzyiqiniz normal səviyyədə deyilsə ya da hamiləlikdə riskli olan dərmanları istifadə edə bilərsinizsə müalicədə dəyişiklik edilə bilər. Artıq çəkiniz varsa bunlardan da xilas ola bilərsiniz.

Hamiləlikdə yarana biləcək problemlərin qarşısını almaq üçün gərəkənlər:

Hamiləlik ərzində müayinələri zamanında etməyə çalışın

Təzyiq dərmanlarını həkiminizin tövsiyəsi ilə istifadə edin

Düzgün qidalanın

Vitamin qəbulunu axsatmayın

Tez-tez dincəlin

Mənfi vərdişlərdən uzaqlaşın

Yüngül idman hərəkətləri ilə məşğul olun.

Hamiləlikdəki yüksək təzyiqinin irəlidə yarada biləcəyi problemlər

Uşağınızın doğumuyla bərabər təzyiqiniz normala dönmüş belə olsa, hamiləlikdə yaranan yüksək təzyiq irəlidə ürək xəstəliyi, böyrək xəstəliyi və insult kimi riskləri artıracaqdır. Hamiləlikdə təzyiqi normal olan qadınlara görə insult inkişaf riski iki qatdır. Eyni qadında, 40 yaşından sonra yüksək təzyiqin inkişaf və infarkt keçirmə riski yüksəkdir. Ancaq qadınlardakı risk artışının səbəbi bəlli deyildir. Piylənmə də rol oyanaya bilər ya da hamiləlikdə inkişaf edən yüksək təzyiqin yaratdığı fiziki dəyişikliklər ola bilər.

Hamiləlikdə arterial təzyiq müxtəlif səbəblərdən qalxa bilər.

Bunlar nələrdir?

Hamiləlikdə yüksək təzyiqHamiləlik toksikozu

Mövcud arteriyal təzyiq

Stress və sinir gərginlikləri

Böyrək xəstəlikləri

Diabet

Endokrin problemlər və s.

Yüksək təzyiq, uşağın inkişafdan qalmasına gətirib çıxara bilər. Bununla yanaşı daha böyük problemlər yarana bilər. Bu səbədən hamiləlik həkim tərəfindən yaxından izlənilməli və doğru müalicə planı tərtib edilməlidir.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Yumurtalıqların polikistik sindromu

Xüsusilə artıq çəkisi olan qadınlarda görülən yumurtalıqların polikistoz sindromu, uşaq sahibi olmağı çətinləşdirsə də bir maneə deyil. xəbər verir ki, bu problemi yaşayan qadınlar da süni mayalanma müalicəsində ana ola bilm

Hamiləlikdə fol turşusu

Fol turşusu, bir çox əlavədə və qidada mövcud olan B vitaminidir. xəbər verir ki, fol turşusu vücud tərəfindən yeni hüceyrələr istehsal etmək üçün istifadə edilir. Həyatınız ərzində normal böyümə və inkişaf üçün gərəklidir

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

Hamiləlikdə hansı qidalar olmaz?

Hamiləlikdə qidalanma necə olmalıdır?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuyun. xəbər verir ki, bir çox hamilə qadın bu müddətin başlanğıcında qidalanma ilə bağlı məlumata sahib olmurlar. İstifadə edəcəkləri yanlı

Hamiləlikdə tonus yaradan qidalar

Tonus bir çox hamilə qadınlarının yaşadığı vəziyyətdir. xəbər verir ki, tonusa bir çox faktor yol aça bilər. Əzələlərdə tonus mövcud olur ki, bu da ümumi vücudun tarazlığını qorumağa kömək edir. Əzələlərdə tonus olmadığ

Hamiləlik zəhərlənməsi, Preeklampsi nədir?

Hamiləlik zəhərlənməsi, tibb elmində preeklampsi olaraq da bilinir, hamiləliyin 20 həftəsindən sonra ortaya çıxan və ana, uşağa mənfi təsir göstərə biləcək tibbi vəziyyətdir. Preeklampsi, ana namizədində yüksək təzyiq, böyrə

Əkiz uşağa hamilə qalmaq üçün nə edilməli?

Cütlüklərin ən böyük xəyalı, öz qanlarından, canlarından bir parçanın dünyaya gəlməsidir. Hətta bəzi şəxslər, əkiz uşaqlarının doğulmasını arzu edirlər. Əkiz hamiləlik ehtimalı mövzusundakı maraq, təxmin ediləndən daha artıqdır

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Hamiləlikdə yüksək təzyiq

Yüksək təzyiqiniz varsa və bu vəziyyətdə hamilə qalan qadına xüsusi qulluq gərəklidir. Hamiləlikdəki yüksək təzyiq nələrə yol açar?. Daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, yüksək qa