Hamiləlik hesablaması

Hamiləlik hesablamasıHamilə olduğunuzu öyrəndiyiniz an başlayan həyəcanınızdan dərhal sonra öyrənmə prosesi başlayar. Təxminən 9 ay 10 gün davam edəcək müddətdə sizin və uşağınızın nələr yaşayacağı haqqında düşünmək tam təbii haqqınızdır.

Hamiləlik hesablaması necə edilir?

Hamilelik.az xəbər verir ki, mütəxəssislər hamiləlik hesablaması edərkən, düşünülənin əksinə döllənmə tarixini qeydə almazlar. Hesablamada münasibət, yəni döllənmə tarixi deyil, son görülən adətin ilk günü istifadə edilir. Çünki son cinsi münasibət tarixi, hamiləlik hesablaması ilə bağlı doğru məlumatı verməyə bilər. Əksər ana namizədi cinsi münasibət tarixini tam olaraq bilməyə bilər və ya hər qadında yumurtlama menstrual döngə eyni gündə olmaya bilər.

Bu səbəbdən son cinsi münasibət tarixinə yəni döllənmə tarixinə görə, hamiləliyi hesablamaq, qadın həkimləri tərəfindən tövsiyə edilən bir üsul deyildir.
Hamiləlik hesablamasıBəs hamiləlik həftəsi ən doğru necə hesablanır?

Hamiləlik hesablama prosedurunda əhəmiyyətli olan, son menstrual tarixinin başlanğıc günüdür. Adət gününə görə, hamiləlik hesablaması, ana namizədləri üçün doğuş tarixi mövzusunda daha doğru məlumat verər. Yəni neçə həftəlik hamilə olduğunuzu və uşağınızın doğulacağı tarixi öyrənmək üçün son reql zamanınızın ilk gününə diqqət etməlisiniz.

Doğuş zamanı necə təxmin edilir?

Hamilləlik hesablaması edilərkən ehtiyac duyulan məlumat, son adət tarixinin gün və ay məlumatlarıdır. Təxmini doğuş tarixini hesablamaq üçün son menstrual tarixindən 3 ay geriyə getmək və 7 gün əlavə etmək yetərli olacaqdır. Adət gününə görə, son menstrual tarixinin ilk günü 10 sentyabr olan ana namizədi, sentyabr ayından 3 ay geriyə gedərək iyun ayına çatır. 10 sayısına 7 əlavə edilər. 10+7=17 nəticəsində doğuş edəcəyi tarixi göstərir. Yəni 17 iyun ananın doğuş edəcəyi gündür. Bu proseduru hamiləlik həftəsi hesablama vasitəsi ilə də edə bilərsiniz. Ancaq bu məlumatlar tam dəqiqliyi əks etdirmir. Hamiləlik həftəsi hesablaması hamiləlik ayı hesablamasına görə çox daha keçərli bir vəziyyətdir. Çünki tibbi mənada hamiləlik həftəsi hesablama təqvimi yaradılarkən edilən hesablamalar, ay –ay hamilləlik hesablaması formasında deyil, həftə hesabına görə edilir.

Hamiləlik hesablamasıNeçə aylıq hamiləyəm?

Hamiləliyini yeni öyrənən ana namizədlərinin ilk olaraq ağlına "Neçə aylıq hamiləyəm?" sualı gəlir. Ana namizədləri hamiləlik hesablaması edərkən uşağın neçə aylıq olduğunu öyrənmək istəyər. Bu istiqamətdə olan bir sıra proqramlardan istifadə edirlər. Ancaq ginekoloqlar daha dəqiq hamiləlik nəzarətini yaratmaq məqsədilə həftə üzərindən hesablama edər. Yəni hamiləlik üçün tibbi hesablamalarda ay deyil həftə istifadə edilir.

Hamiləlik neçə həftə davam edər?

Zamanında bir hamiləlik, 40 həftə, 280 gün davam edər və bu ortalama 9 ay 10 günə təsadüf edər. Uşağın doğuş tarixi son adət tarixinin ilk günündən ortalama 40 həftə sonrası olur. Bu müddət hamiləliyin gedişatına görə, 2 həftə öncə ya da sonra ola bilər.

Hamiləlik hesablama cədvəli nədir?

Hamiləlik hesablama proseduru edilərkən ana namizədlərinin kömək ala biləcəyi bir hamiləlik hesablama cədvəli mövcuddur. Bu cədvəl həmçinin hamiləliyin neçənci həftəsini olduğunu bilən, ancaq neçənci ayında olduğunu bilməyən şəxslərə də kömək olmaqdadır.

Hamiləlik hesablama cədvəlinə görə:
Hamiləlik hesablaması4-5 həftəlik hamiləlik: 1 aylıq

8-9 həftəlik hamiləlik: 2 aylıq

12-13 həftəlik: 3 aylıq

16-17 həftəlik hamiləlik: 4 aylıq

20-21 həftəlik hamilləlik: 5 aylıq

24-25 həftəlik hamiləlik: 6 aylıq

28-29 həftəlik hamilləlik: 7 aylıq

32-33 həftəlik hamiləlik: 8 aylıq

36-37 həftəlik hamiləlik: 9 aylıq

40 həftənin son zamanı isə 9 ay 10 günlük hamiləlik müddətinə təsadüf edir.


Hamilelik.AZ
Hamiləlik       Tarix: 15 yanvar 2025

Oxşar xəbərlər

Vaginizm xəstəliyinin müalicəsi

Vaginizm, vaginal əzələlərin cinsi münasibət əsnasında gərginləşərək cinsi bərabərliyi çətin hala gətirdiyi bir vəziyyətdir. xəbər verir ki, vaginzm cinsi birləşmə xaricində tampon taxma, pelvik müayinə kimi vəziyyətlərd

6 həftəlik hamiləlik

Hamiləliyin erkən zamanlarından etibarən istehsal olunmağa başlayan hormonlar 6 həftədən gedərək artmaqda və ana namizədləri adətən 6-cı həftə ərəfəsində hamiləliyə aid əlamətləri hiss etməyə başlayır. xəbər verir ki, gü

Menstruasiya gecikməsi

Menstruasiya gecikməsi, 21-35 gün aralığında gerçəkləşən döngənin xaricinə çıxıldığında yaşanır. xəbər verir ki, ən geniş yayılan səbəbləri hamiləlik, stress, hormonal pozğunluqlar, həddindən çox çəki, bəzi sağlamlıq problemləridir

Hamiləlikdə qrip xəstəliyi

Adətən qış aylarında görülən geniş yayılan bir tənəffüs yolu infeksiyası olan qrip, hamiləlikdə də yaşana bilər. Normal şərtlərdə adətən ciddi narahatlıq doğurmayan qrip, hamiləlik zamanında riskli bir xəstəliyə çevrilə bilər

Körpənin cinsiyyətini müəyyənləşdirmək mümkündür?

Cinsiyyət müəyyənləşdirmək üçün hər ailənin fərqli səbəbləri ola bilir. Hansısa ailələrdə arxa-arxaya 3 qız uşağından sonra oğlan uşağı istəyi varkən, bəzi ailələr tək uşaq üçün belə cinsiyyət seçimi etmək istəyirlər. xəbə

Menstruasiyadan neçə gün sonra hamilə qalına bilər?

Başda ana olmaq istəyən qadınların öncəliklə bilməsi gərəkli olan mövzu hamilə qalmaq üçün mütləq uyğun zamanda cinsi münasibət yaşamaqdır. Çünki hamiləliyin yaranması üçün ovulyasiyanın həyata keçməsi lazımdır. Mütəmad

Hamiləlikdə mədə bulantısı

Hamiləlikdə mədə bulantısı və ya digər adıyla səhər bulantıları, hamiləlikdə ortaya çıxan ilkin əlamətlərdəndir. İlk üç aylıqda hamilə qadınların 70 %-də bu kimi əlamətlər görülür. Adətən bəzən adına səhər bulantısı deyils

Hamiləlikdə bel ağrısı

Hamiləlikdə bel ağrısı, ana rəhminin böyüməsi və vücudunun doğuma hazırlanması sırasındakı dəyişikliklər səbəbiylə meydana gəlir. Hamiləlik zamanının irəliləyən aylarında ağrının şiddəti arta bilər. Hamiləlik sırasında be

Hamiləlik testi nə zaman edilməlidir?

Hamiləlik testi nə zaman edilməlidir?. Bu və daha ətraflı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz. xəbər verir ki, hamiləlik testi, bir qadının hamilə olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilən üsuldur